Rusiya prezidenti Vladimir Putinin Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan, habelə Ermənistanın baş naziri Nikol Paşinyanla nə qədər ünsiyyətdə olduğu açıqlanıb.
Modern.az xəbər verir ki, "Kommersant"ın hesablamasını "Sputnik" vizuallaşdıraraq infoqrafika hazırlayıb.
Hesablama 7 may 2022-ci il və 7 may 2023-cü il tarix aralığında 1 ili əhatə edir.
Belə ki, Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə həmin dövr ərzində 4 dəfə görüşüb. Tərəflər arasında 9 dəfə telefon danışığı olub.
Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla eyni dövrdə 4 dəfə bir araya gəlib. Liderlərin zəngləşməsi isə 13 dəfə baş tutub.
Ermənistan baş naziri Nikol Paşinyanla isə Putin 1 ildə 6 dəfə görüş keçirib. Eyni dövrdə telefon danışıqlarının sayı isə 13 olub.
İnfoqrafikanı təqdim edirik: