Modern.az

Kriminal aləmin 10 məşhur azərbaycanlı “lotu”su var - bəzisi azadlıqda, bəzisi məhbəsdədir

Kriminal aləmin 10 məşhur azərbaycanlı “lotu”su var - bəzisi azadlıqda, bəzisi məhbəsdədir

Ölkə

28 İyun 2013, 17:40

“Qoçu” termini çar Rusiyasının, “qanuni oğru” kəlməsi də sovet Rusiyasının mirasıdır. Taclı-titullu oğru dünyasının Azərbaycanda öz məşhurları var. Amma indi onların sayı elə də çox deyil.

Daim məhkumlarla təmasda olan İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Modern.az saytına bildirib ki, bu gün oğru dünyasında 10-a yaxın azərbaycanlı var. Onun sözlərinə görə, say azlığı məşhur “qanuni oğrular”ın əksəriyyətinin dünyasını dəyişməsiylə əlaqədardır. Kriminal aləmin ən məşhur azərbaycanlı simaları Dağlı Cavanşir, Masallı Mamed, Lotu Bəxtiyar, Sabirabadlı Hikmət, Nardaranlı Mirseymur, “Sanka Zver” ləqəbli Cabir Qasımov, “Qorbatıy Ramiz” artıq yaşamırlar, bu dünyadan köçüblər.

”İndi məşhur “qanuni ağrular”dan yalnız Azərbaycanda olmayan Rövşən Lənkəranskini göstərmək olar. Heç bir həbsxanada “lotu”ların olması arzu olunan hal deyil. Çünki bu zaman həbsxanada ikihakimiyyətlilik yaranır. Təbii ki, məhkumlar da həbsxananın rəisindən çox o “lotu”nun sözünə qulaq asırlar, onun sözü ilə oturub-dururlar”.

Elçin Behbudov deyir ki, hazırda Azərbaycanda təqribən 10 nəfərə yaxın “lotu” var. Komitə sədrinin sözlərinə görə, onlardan yalnız biri həbsxanadadır.

““Lotu Quli” ləqəbli Nadir Səlifov 8 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.

“Yasamallı Qoca” ləqəbli Əlibala Həmidov Moskvada, Rövşən Lənkəranski də xarici ölkələrdən birindədir. Dağlı Yunis, Lotu İntiqam və başqaları da onlar kimi azadlıqdadırlar”.

Gültəkin ƏLƏSGƏR  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi