Modern.az

Həbs olunmuş müsavatçı Yadigar Sadıqovun anası: “Oğluma şər atıblar” - MÜSAHİBƏ

Həbs olunmuş müsavatçı Yadigar Sadıqovun anası: “Oğluma şər atıblar” - MÜSAHİBƏ

28 İyun 2013, 18:29

Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqovun həbs olunması müxalif düşərgədə ciddi narazılıqlara səbəb olub. Modern.az-a müsahibəsində Y.Sadıqovun ailə üzvü, anası Gövhər Sadıqova da hesab edir ki, oğlunun həbsi əsassızdır.

  – O, siyasi fəaliyyətlə məşğul idi. Ona görə də hər an gözləyirdik ki, Yadigara nəsə edə bilərlər. Mənim oğlum qanunsuz olaraq həbs olunub. Buna tam əminik. Mənim övladım nə adam döyəndir, nə də kimisə təhqir edəndir. Bu, məlum şeydir, əvvəlcədən qurulan bir plandır. Konkret olaraq şərlənib. Yadigarın iki qızı evdədir. Digəri isə on iki yaşında oğlan uşağıdır. Onlar da çox narahatdır.

– Oğlunuzun siyasi fəaliyyətlə məşğul olmasını necə baxırdınız? Razı idinizmi onun müxalifətdə olması ilə?


– Mən onun tutduğu mövqe ilə razılaşmalı idim. Belə lazım bilibsə, buna uyğun da hərəkət edir. Elə belə də davam edəcək. Onu yolundan döndərmək olmur. Heç dönməyəcək də.

– Qeyd edirsiniz ki, Yadigar Sadıqov qanunsuz həbs olunub. Məsələ ilə bağlı hansısa rəsmi quruma müraciət edəcəksiniz?

– Biz işin nə ilə yekunlaşacağını gözləyirik. Çalışacağıq ki, haqq öz yerini tapsın. İstintaqın gedişatına baxacağıq.

– Həbsdən sonra görüşmüsünüz?

– Xeyr. Daha doğrusu görüş üçün getməmişəm. Çünki görüş vermirlər. Özüm də yaşlı, xəstə adamam. Əməliyyat olunmuşam. Atası da xəstədir. Bir övladımız var, o da həbsdədir.

– Müsavat Partiyası rəhbərliyi sizinlə əlaqə saxlayıbmı?


– Onlar ailəyə mənəvi dayaq olurlar. İsa bəy özü də bizimlə əlaqə saxlayıb. Mən də ona öz təşəkkürümü bildirdim.  

Aqşin KƏRİMOV
 
Sizə yeni x var
Keçid et
Putinin Turan səhvi: Türklərin birləşməsinə mane ola bilmədi