Moskvada Rusiya və Qırğızıstan prezidentləri Vladimir Putin ilə Sadır Japarov arasında görüş keçirilib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Kremlin mətbuat xidmətininin yaydığı məlumata görə, Putin-Japarov danışıqları keçirilib.
Görüşün protokol hissəsində prezidentlər çıxış ediblər. Daha sonra Rusiya-Qırğızıstan hökumətlərarası komissiyasının hər iki tərəfdən həmsədrlərinin məruzələri dinlənilib.
Qeyd edək ki, Qırğızıstan prezidenti bu gün Rusiyaya rəsmi səfər edib. İki gün davam edəcək səfər çərçivəsində Japarov mayın 9-da Qırmızı Meydanda keçiriləcək faşizm üzərində Qələbənin 78-ci ildönümünə həsr olunan Qələbə Paradına da qatılacaq.