Rusiya Ukraynada qalib gəlsə, Qazaxıstan uğrunda döyüşə başlayacaq.
Modern.az xəbər verir ki, bunu Donbas separatçılarının keçmiş rəhbəri İqor Strelkov-Qirkin deyib:
"Rusiya müharibənin necə başa çatmasından asılı olmayaraq Qazaxıstan üçün çox ciddi mübarizə aparır. Bu müharibədə qalib gələndən sonra Qazaxıstan uğrunda döyüş olacaq"
"Qazaxıstanda Rusiyaya tam sadiq hökumətin qurulmasına nail olmamışıq. Bu səbəbdən mübarizə davam etdirilir", - deyə İqor Strelkov-Qirkin Qazaxıstan uğrunda yeni savaşın anonsunu verib.