"“Reytinq” qəzetinin son sayında dərc olunan “Gənc müğənni müəllimindən əxlaqsız təklif alıb?” başlıqlı yazı bəzi saytlar tərəfindən təhrif olunub". Modern.az-ın məlumatına görə, bu barədə qəzet redaksiyasının yaydığı açıqlamada bildirilib. Redaksiya məsələyə belə aydınlıq gətirib:
"“Reytinq” qəzetinin son sayında dərc olunan “Gənc müğənni müəllimindən əxlaqsız təklif alıb?” başlıqlı yazı bəzi saytlar tərəfindən təhrif olunub. Sensasiya axtarışına çıxan bir neçə sayt heç bir əsas olmadan bu məsələdə xalq artisti Mənsum İbrahimovun adını hallandıraraq, sevimli sənətkarımızın nüfuzuna xələl gətirməyə çalışıb. Həmin saytların əməkdaşları öz təxəyüllərinin məhsulu olan xəbəri “Reytinq” qəzetinin adından yaymaqla jurnalist etikasını kobud şəkildə pozublar.
Qeyd edək ki, “Reytinq” qəzetində dərc olunan yazıda xalq artisti Mənsum İbrahimovun nüfuzuna xələ gətirən hər hansı bir cümlə yer almayıb. “Reytinq” qəzeti bütün görkəmli xanəndələrin, o cümlədən muğamlarımızın mahir ifaçısı Mənsum İbrahimovun sənətindəki yeniliklərə həmişə geniş yer ayrırıb. Redaksiya, bəzi saytlarda yer alan xəbərlərdə təhrifə yol verilərək, Mənsum İbrahimovun adının mənfi yöndə hallanmasından təəssüflənir, bunu həm xalq artistinə, həm də “Reytinq” qəzetinin kollektivinə qarşı təxribat kimi qiymətləndirir”.
Modern.az