Modern.az saytı 27 iyun 2013-cü il tarixində “Nazir övladları haqda tanınmışların rəyi: “Bir-iki nazirin övladlarından başqa, yaxşı iş görənləri tanımırıq”” adlı məqaləni hazırlayarkən yazı müəllifi Anar Ziya oğlu Məmmədovla bağlı bir sıra yanlışlığa yol verib. Belə ki, jurnalist Azərbaycan məhkəmələri tərəfindən artıq təkzib olunmuş məlumata istinad edib.
Məsələ ilə bağlı Modern.az saytının redaksiyası ilə əlaqə saxlayan Anar Məmmədovun səlahiyyətli nümayəndəsi Ruslan Məmmədov məhkəmə tərəfindən artıq təkzib olunmuş məlumatın yenidən dərc edilməsinə irad bildirib.
Redaksiya haqlı iradı qəbul edərlk əvəllər məhkəmələr tərəfindən artıq təkzib olunmuş məlumatın təkrar dərc edilməsindən təəssüflənərək Anar Məmmədova üzrxahlığını bildirir.
Modern.az