Modern.az

İsmayıllı İcra Hakimiyyəti ana və uşaq ölümü ilə bağlı açıqlama yayıb

İsmayıllı İcra Hakimiyyəti ana və uşaq ölümü ilə bağlı açıqlama yayıb

28 İyun 2013, 21:54

İsmayıllı rayon İcra Hakimiyyəti rayonun Mərkəzi Xəstəxanasında baş verən ana və uşaq ölümü ilə bağlı rəsmi açıqlama yayıb. Rayon İcra Hakimiyyətindən ANS PRESS-ə daxil olan məlumatda İsmayıllı rayon Mərkəzi Xəstəxanasında ana və uşaq ölümü ilə nəticələnən bədbəxt hadisə baş verdiyi təsdiq edilir. Lakin bununla bağlı rayonda qarşıdurma olması ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyi bildirilir. "Hazırda bu zəmində rayonda və yaxud Mərkəzi Xəstəxanada heç bir qarşıdurma yoxdur", - məlumatda bildirilir.

Qeyd edək ki, ötən gün Lahıc qəsəbə sakini, 1981-ci il təvəllüdlü Ağabalayeva Şəhla Aydın qızı övladını dünyaya gətirmək üçün xəstəxanaya gətirilib. Oğlan uşağı ölü doğulub, sonra isə ana dünyasını dəyişib.

Ş. Ağabalayevanın iki qız övladının olduğu, Lahıc qəsəbə tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəlliməsi işlədiyi bildirilir.

Səhiyyə Nazirliyi doğum zamanı baş vermiş ölüm faktının araşdırılacağını bildirib.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu və polis bölməsində araşdırma aparılır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama