Modern.az

ABŞ-dan liderlərin Brüssel görüşünə DƏSTƏK

ABŞ-dan liderlərin Brüssel görüşünə DƏSTƏK

Ölkə

9 May 2023, 11:16

ABŞ Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Brüsseldə Avropa İttifaqı Şurasının sədri Şarl Mişellə görüşəcəyi barədə xəbəri alqışlayır.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunun tviter paylaşımında bildirilib.

 

“Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının sədri Şarl Mişellə görüşəcəkləri ilə bağlı xəbəri alqışlayırıq. Vaşinqtondakı danışıqlardan sonra bu görüş gələcək irəliləyiş üçün zəmin yaradacaq”, - paylaşımda vurğulanıb.

 

 

Qeyd edək ki, Avropa İttifaqı Şurası Ermənistan və Azərbaycan liderlərinin həftəsonu Brüsseldə görüşəcəyi barədə məlumatı təsdiqləyib. Bildirilib ki, üçtərəfli görüş 2023-cü il mayın 14-də baş tutacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir