Modern.az

Messi gələn mövsüm Səudiyyədə oynayacaq - KİV

Messi gələn mövsüm Səudiyyədə oynayacaq - KİV

9 May 2023, 13:14

Argentinalı futbolçu Lionel Messi blokbaster müqaviləsi ilə Səudiyyə Ərəbistanında oynayacaq.

 

Modern.az xəbər verir ki, bu barədə adı açıqlanmayan mənbə AFP-yə bildirib.

 

Mənbə Messinin artıq gələn mövsüm Səudiyyə klubunda olacağını deyib.

 

Qeyd edək ki, "Paris Saint-Germain" klubu Messinin müqaviləsinin iyunun 30-na kimi qüvvədə qalacağını açıqlayıb.

 

Xatırladaq ki, Lionel Messi Səudiyyə Ərəbistanının "Əl-Hilal" futbol klubundan rəsmi təklif alıb. Məlumata görə, klub Messiyə ildə təxminən 400 milyon dollarlıq müqavilə təklif edib

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi