Modern.az

Lukaşenko Azərbaycan və Ermənistan prezidentlərinə məktub göndərdi

Lukaşenko Azərbaycan və Ermənistan prezidentlərinə məktub göndərdi

Dünya

9 May 2023, 14:48

Belarus prezidenti Aleksandr Lukaşenko bir sıra xarici dövlətlərin liderlərini 9 May münasibətilə təbrik edib.

 

Modern.az xəbər verir ki, bu barədə Belarusun rəsmi BelTA agentliyi məlumat yayıb.

 

Bildirilib ki, Aleksandr Lukaşenko Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan prezidentləri İlham Əliyevə, Vahaqn Xaçaturyana, Kasım-Jomart Tokayevə, Sadır Japarova, Vladimir Putinə, Emomoli Rəhmona, Serdar Berdiməhəmmədova, Şavkat Mirziyoyeva təbrik məktubu göndərib.

 

Belarus prezidenti eləcə də Gürcüstan, Moldova və Ukrayna xalqlarını təbrik edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi