Modern.az

“AzərRos”un İdarə Heyətinin sədrindən ETİRAZ: “Altı ay keçsə də heç bir iş görülməyib” - EKSKLÜZİV

“AzərRos”un İdarə Heyətinin sədrindən ETİRAZ: “Altı  ay keçsə də heç bir iş görülməyib” - EKSKLÜZİV

Ölkə

29 İyun 2013, 11:47

“Azərros”da narazılıqlar var, amma bunun günahını Abbas Abbasovun üstünə atmaq düzgün deyil” 

Rusiya Azərbaycanlıları Federal Milli Mədəni Muxtariyyətının (“AzərRos”) ötən gün keçirilən clasında qalmaqal yaşanıb. Xəbər verdiyimiz kimi, təşkilatın regional bölmələrinin toplantıya qatılmaması, “AzərRos”da parçalanmaların olması haqda müxtəlif məlumatlar yayılıb.

Modern.az-ın əməkdaşı faktı dəqiqləşdirmək üçün “AzərRos”un İdarə Heyətinin sədri, Moskva şəhər təşkilatının  sədri Ağadadaş Kərimovla əlaqə saxlayıb.A.Kərimov sayta açıqlamasında “Azərros”un iclasında narazılıqların olduğunu təsdiqləyib.

Diaspor nümayəndəsinin sözlərinə görə, iclasa əsas regional bölmələr qatılmayıblar. A.Kərimov daha sonra “Azərros”un daxilində gizli parçalanmaların getməsi haqda yayılan xəbərlərdən söz açıb.

“Narazılıqlar var idi ki, iclasa məsuliyyətlə yanaşmamışdılar. Şuranın ilk iclası idi. Bizim hərəmizi bir vaxtda dəvət eləmişdilər. Məni saat beşdə dəvət eləmişdilər. Sonra məlum oldu ki, toplantı saat 3-dədir. Bütün bunlar keçmiş sədrin fəaliyyətindən irəli gəlir. Bundan əvvəl hamıya elektron poçt vasitəsilə çağırış göndərilirdi. Bu dəfə isə telefonla dəvət edib, yanlışlığa yol verirlər. Bir sıra yerli təşkilatlar, sədrlər iclasa qatılmamışdılar. Bunlar hələ təzə başlayıblar. Neçə işləmək lazım olduğunu hələki formalaşmış dərəcə bilmirlər. Biz illərdir bu işin içindəyik. Bütün bunları Abbas Abbasovla, Məhərrəmovla bağlamaq düzgün olmazdı. Yeni Şuranın formalaşmasından 6 ay keçsə də hələki bir iş görülməyib. Narazılıqlar bundan irəli gəlir”-deyə A Kərimov açıqlamasında bildirib.

Qeyd edək ki, Rusiya Azərbaycanlılarının Federal Milli Mədəni Muxtariyyətinin ("AzəRos") dünən keçirilmiş iclasında narazılıqlar baş qaldırıb. Federal Şurasının sədri Tahir Hacıyev vəzifəsindən istefa verdiyi bildirilir. İclasa qatılmayan T. Hacıyevin bu qərarı ciddi rezonans doğurub. "Azerros”un ən iri təşkilatları olan Sankt-Peterburq, Moskva vilayəti, Samara və Nijeqordoski təşkilatları Şuranın  iclasına qatılmaqdan imtina ediblər. İclas o təşkilatların rəhbərlərinin iştirakı olmadan keçib.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi