"Rusiya-Ermənistan münasibətləri beynəlxalq vəziyyətdən asılı olmamalıdır".
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu sözlər Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun Ermənistan parlamentinin sədrinə 9 Mayla bağlı təbrik teleqramında deyilir.
"Ölkələri ən qədim dostluq və mehriban qonşuluq telləri bağlayır. Moskva intensiv və açıq əməkdaşlığı gücləndirmək əzmindədir. Qərbin anti-Rusiya təbliğatı kontekstində ümumi tarixi yaddaşa diqqətli münasibətin qorunması, 1941-1945-ci illər hadisələrinin əsl tarixinin gələcək nəsillərə ötürülməsi, Avropanın öz tarixinə borclu olduğu yaddaşın qorunub saxlanılması vacibdir", - deyə qeyd olunub.