Modern.az

Aİ Ukraynaya 1 milyon mərmi verməyə hazırdır - ZELENSKİ

Aİ Ukraynaya 1 milyon mərmi verməyə hazırdır - ZELENSKİ

9 May 2023, 17:00

Avropa İttifaqı (Aİ) Ukraynaya artilleriya üçün 1 milyon mərmi verməyə hazırdır.

 

Modern.az "Ukrinform"a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Avropa Komissiyasının prezidenti Ursula von der Leyenlə keçirdiyi birgə mətbuat konfransında deyib.

 

"Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqlara başlamaq üçün müsbət qərarın vaxtıdır. Ukrayna 11-ci sanksiyalar paketində Rusiya Federasiyasının nüvə sənayesinə qarşı məhdudiyyətlərin olacağını gözləyir. Ukrayna Aİ-dən kənd təsərrüfatı məhsullarının ixracına qoyulan bütün məhdudiyyətləri dərhal aradan qaldıracağını gözləyir", - o əlavə edib.

 

Qeyd edək ki, Leyen Avropa Gününü qeyd etmək üçün Ukrayna paytaxtı Kiyevə səfərə gəlib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi