Modern.az

Ukrayna iki ildən sonra hazır olmalıdır... - Baş nazir

Ukrayna iki ildən sonra hazır olmalıdır... - Baş nazir

Dünya

9 May 2023, 20:37

Ukrayna iki ildən sonra Avropa İttifaqına daxil olmağa hazır olmalıdır.

 

Modern.az xəbər verir ki, bunu Ukrayna Baş naziri Denis Şmıqal deyib.

 

O qeyd edib ki, ölkə artıq bu il üzvlük danışıqlarının başlanması ilə bağlı siyasi qərar alacağını gözləyir.

 

"Biz qarşımıza iddialı məqsədlər qoyuruq: iki ildən sonra Avropa İttifaqına daxil olmağa hazır olmaq. Hazırda biz qanunvericiliyimizin bir hissəsinə çevrilməli olan 29 min Aİ hüquqi sənədini təhlil edirik. Bu il biz siyasi sənəd alacağımızı gözləyirik. Avropa İttifaqından girişlə bağlı danışıqlara başlamaq qərarı var", - Şmıqal bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi