Modern.az

Dünya çempionatında ölkəmizi təmsil edəcək idmançılar

Dünya çempionatında ölkəmizi təmsil edəcək idmançılar

İdman

9 May 2023, 21:24

Mayın 29-dan iyunun 4-dək Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatının başlamasına 20 gün qalıb.

 

Modern.az xəbər verir ki, “Öz gücünü alovlandır” şüarı altında sayca 26-cı dəfə təşkil olunacaq yarış Dünya Taekvondo Federasiyasının 50 illiyinə və Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə təsadüf edəcək.

 

Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər və yubiley konserti baş tutacaq.

 

7 gün davam edəcək çempionatda ölkəmizi Səyyad Dadaşov (54 kq), Qaşim Maqomedov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Əliəskər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq), Həmidrza Bədriəliabadi (+87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakorava (49 kq), Səmərrux Osmanova (53 kq), Fatimə Məcidova (62 kq) və Fəridə Əzizova (67 kq) təmsil edəcəklər. İdmançılar Bakı Kristal Zalında qələbə uğrunda mübarizə aparacaqlar.

 

Qeyd ki, mundiala paytaxtımızın ev sahibliyi etmək hüququ bir il öncə verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar