Modern.az

Zukerberq ilk yarışda qızıl medal qazandı

Zukerberq ilk yarışda qızıl medal qazandı

İdman

9 May 2023, 21:30

Amerikalı milyarder, "Meta" şirkətinin sahibi Mark Zukerberq Kaliforniyada keçirilən ilk Braziliya Ciu-Citsu yarışında qızıl və gümüş medallar qazanıb.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün "İnstaqram" səhifəsində məlumat paylaşıb.

 

38 yaşlı milyarder COVID-19 pandemiyası zamanı döyüş sənətinə yiyələndiyini deyib və onunla işləyən məşqçilərə təşəkkür edib.

 

"The Guardian" qəzeti qeyd edib ki, Zukerberq də ciu-citsuya valeh olan məşhurlar siyahısına əlavə edilib. Əvvəllər aktyor Tom Hardi bu idman növü ilə məşğul olmağa başlayıb və Böyük Britaniyada ciu-citsu yarışlarında iştirak edib,

 

Nəşr əlavə edib ki, 10 ildən çox əvvəl ciu-citsu ilə məşğul olan aktyor Eşton Katçer qəhvəyi kəmərə, aktyor Ceyson Steytem isə bənövşəyi kəmərə malikdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı