Modern.az-ın Milli Məclisin Sosial siyasət komitəsinin ictimai yerlərdə siqaret çəkilməsini məhdudlaşdırmaqla bağlı qanun layihəsi ilə əlaqadar hazırladığı dünənki yazıda parlamentin iqtisadi siyasət komitəsinin üzvü, deputat Rüfət Quliyevin mövqeyi əks edilib.
Yazıda deputatın “EUROPEAN TOBACCO Baku” fabrikinin rəhbərliyindən uzaqlaşdırılması ilə bağlı məlumat gedib. Modern.az bildirir ki, “EUROPEAN TOBACCO Baku” fabrikinin rəhbəri, deputat Rüfət Quliyevin fabrik rəhbərliyindən uzaqlaşdırılamsı ilə bağlı məlumatda yanlışlığa yol verilib. Dəqiqləşdirmə apardıqdan sonra müəyyən olunub ki, Milli Məclisin üzvü Rüfət Quliyevin rəhbərlikdən uzaqlaşdırılması ilə bağlı məlumat doğru deyil. Millət vəkili hazırda “EUROPEAN TOBACCO Baku”fabrikinin rəhbərliyində təmsil olunur.
Modern.az