Modern.az

Yük maşını 20 yaşlı gənci vurub öldürdü 

Yük maşını 20 yaşlı gənci vurub öldürdü 

Hadisə

9 May 2023, 22:55

Ucarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonunun Bağman kəndi yolunda qeydə alınıb.

 

"Ford" markalı yük avtomobili yolu keçən piyada, 20 yaşlı Şamil Vüqar oğlu Əliyevi vurub.

 

Ucar Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, ağır xəsarət alan Ş.Əliyev hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI