Türkiyənin Konya şəhərində zəlzələ baş verib.
Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
4.2 bal gücündə olan zəlzələ şəhərin Kulu adlanan bölgəsində qeydə alınıb. Yerli vaxtla saat 04:14-də baş verən zəlzələnin episentri 7,86 kilometr dərinlikdə yerləşib.