İranın İsfahan şəhərindəki böyük elektrik stansiyasında güclü yanğın olub.
Modern.az Mehr informasiya agentliyinə istinadən xəbər verir ki, yanğının səbəbi hələlik məlum deyil.
Hadisə yerinə gələn xüsusi xidmət orqanlarının nümayəndələri araşdırma aparırlar. Stansiyanın direktoru Hüseyn Əmini jurnalistlərə bildirib ki, yanğın zamanı ölüm halı baş verməyib.
Stansiyada çalışanlar təxliyə edilib.
Sosial şəbəkələrin İran seqmentində bildirilib ki, tanınmayan pilotsuz uçan aparat İsfahan üzərində bir neçə dəfə dövrə vurduqdan sonra elektrik stansiyasına bomba atıb. Nəticədə güclü yanğın olub.