Böyük Britaniya hökuməti yaxın həftələrdə Rusiyanın "Vaqner" özəl hərbi şirkətini terror təşkilatı kimi tanıya bilər.
Modern.az xəbər verir ki, bu barədə "The Times" qəzeti yazıb.
Qəzetin məlumatına görə, London iki aydır hüquqi əsaslandırma hazırlayır.
"Vaqner"in terror təşkilatı kimi tanınması ilə təşkilata dəstək vermək, onun tədbirlərində iştirak etmək və loqolarını açıq şəkildə nümayiş etdirmək cinayət məsuliyyətinə səbəb olacaq. Bundan əlavə, təşkilatın Britaniya maliyyə institutları vasitəsilə vəsait toplamasının qarşısını alacaq maliyyə sanksiyaları da tətbiq ediləcək.