Modern.az

Bakının Baş planı yaxın vaxtlarda təsdiqlənəcək

Bakının Baş planı yaxın vaxtlarda təsdiqlənəcək

Ölkə

10 May 2023, 09:48

Bakı şəhərinin Baş planı üzrə işlər başa çatıb.

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

 

Onun sözlərinə görə, hazırda Baş planın layihəsi razılaşdırma mərhələsindədir.

 

"Razılaşdırma mərhələsi başa çatmaq üzrədir. Yaxın vaxtlarda Baş plan təsdiq üçün aidiyyəti qurumlara təqdim olunacaq", - Dövlət komitəsinin sədri vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj