Modern.az

Yaponiyadan Rusiyaya sanksiya, Ukraynaya dəstək

Yaponiyadan Rusiyaya sanksiya, Ukraynaya dəstək

10 May 2023, 10:12

Yaponiya hökuməti Rusiyaya qarşı sanksiyaları və Ukraynaya dəstəyini davam etdirəcək.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno deyib.

 

Matsuno bildirib ki, Moskvanın hərəkətlərinə heç bir səbəblə haqq qazandırmaq olmaz.

 

Yaponiya tərəfi dəfələrlə qeyd edib ki, G7-də sədrliyi zamanı diqqəti Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərə və Ukraynaya dəstəyə yönəldəcək.

 

Bundan əvvəl mövzuya münasibət bildirən Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenkonun sözlərinə görə, Yaponiya hökuməti “əslində ABŞ-ın Rusiyanı təcrid etmək xətti ilə razılaşıb” və bəzən belə bir təəssürat yaranır ki, Tokio “lokomotivdən irəli gedir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi