Modern.az

Pentaqon Rusiya raketinin “Patriot”la vurulmasını TƏSDİQLƏDİ

Pentaqon Rusiya raketinin “Patriot”la vurulmasını TƏSDİQLƏDİ

10 May 2023, 10:25

Pentaqon Ukrayna hərbçiləri tərəfindən "Patriot" hava hücumundan müdafiə sistemi ilə Rusiyanın hipersəs raketinin vurulmasını rəsmən təsdiqləyib.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, məlumatı ABŞ Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayder təsdiq edib.

 

"Təsdiq edə bilərəm ki, onlar "Patriot" sistemindən istifadə edərək Rusiya raketini vurublar. Bu sistem, bildiyiniz kimi, ABŞ və beynəlxalq ictimaiyyət tərəfindən Ukraynaya verilən daha geniş hava hücumundan müdafiə paketinin bir hissəsidir", - o qeyd edib.

 

Bununla Ukrayna Silahlı Qüvvələri dünyada ABŞ-lb hava hücumundan müdafiə sistemindən istifadə edərək ballistik raketi vurmağı bacaran ilk ordu olub.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi