Modern.az

Paşinyanın maaşı nə qədərdir? - Bahalı saat, zinət əşyaları...

Paşinyanın maaşı nə qədərdir? - Bahalı saat, zinət əşyaları...

10 May 2023, 10:33

Ermənistanın baş naziri Nikol Paşinyan bahalı saatını gəlir deklarasiyasında bəyan etməyib.

 

Modern.az xəbər verir ki, bu barədə “Joğovurd” mənbələrinə istinadən yazıb.

 

Bildirilib ki, Ermənistanın baş naziri illik gəlir hesabatında saat haqqında məlumat verməyib.

 

Nəşrin məlumatına görə, hələ 2022-ci ilin noyabrında Korrupsiyaya Qarşı Mübarizə Komissiyası bütün dövlət məmurlarının əmlakının mənşəyini yoxlamaq xahişi ilə Milli Təhlükəsizlik Xidmətinə müraciət etmişdi. Bundan sonra bəyannamələrdə qeyri-dəqiqliklər aşkarlanmışdı. Biri də baş nazirin elan olunmamış saatıdır.

 

"Paşinyanın maaşı təxminən 4000 dollardır, o, bahalı gödəkçələr geyinir, arvadı bahalı zinət əşyaları taxır, lakin Komissiya yalnız bəyan edilməmiş saatlara işarə edib", - "Joğovurd" yazıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi