Modern.az

Vaşinqtonda bir addım da irəli getdik - Ceyhun Bayramov 

Vaşinqtonda bir addım da irəli getdik - Ceyhun Bayramov 

10 May 2023, 11:10

"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 1-4 mayda ABŞ-da baş tutan görüşünün əsas məqsədi sülh müqaviləsi ətrafında aparılan danışıqlardır".

 

Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

 

"Məlum olduğu kimi, sülh müqaviləsi ilə bağlı təşəbbüslər Azərbaycan tərəfindən səsləndirilib. Hələ 2021-ci ildə Prezident İlham Əliyev ilk dəfə səsləndirib. 2022-ci ilin fevral ayında Azərbaycan 5 baza prinsipini irəli sürmüşdü, nəhayət, 2022-ci ilin oktyabrında sülh müqaviləsi üzrə danışıqlara başlanılmışdı. Həmin danışıqlar da məhz Azərbaycanın ilkin təqdim etdiyi genişlənmiş baza prinsipləri ətrafında danışıqlara başlanılmışdı. Daha sonra noyabr ayında Vaşinqton görüşlər olub. Dekabr ayında üçüncü görüş Moskvada planlaşdırılıb. Ancaq üçüncü görüşdən Ermənistan imtina etmişdi. Həmin görüşü müxtəlif səbəblər gətirərək boykot etmişdi. Həmin vaxtlarda onlar Laçın yolu ətrafındakı məsələləri bəhanə etmişdilər. Nəticədə 6 aya yaxın müddətdə görüşlər keçirilmədi. ABŞ-ın vasitəçiliyi ilə Ermənistan tərəfi danışıqlar masasına qayıdıb və 4 günlük müzakirələr oldu. Müzakirələr sülh müqaviləsi ətrafında olub. Biz Vaşinqtonda bir addım da irəli getdik. Bir görüşdə bütün məsələlərin razılaşdırılmasi, əlbəttə ki, yaxşı olardı, bunu arzulayardıq, amma biz buna hələ ki hazır deyilik", - deyə XİN başçısı vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...