Modern.az

Suriya və İran XİN başçıları Moskvada görüşdü

Suriya və İran XİN başçıları Moskvada görüşdü

10 May 2023, 11:18

Suriya Ərəb Respublikasının xarici işlər naziri Faysal Mikdadın başçılıq etdiyi nümayəndə heyəti İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Modern.az Suriyanın rəsmi SANA agentliyinə istinadən xəbər verir ki, görüş Rusiyada keçirilib.

 

Belə ki, Suriya, Rusiya, İran və Türkiyə xarici işlər nazirlərinin Moskvada keçiriləcək dördtərəfli görüşü çərçivəsində Rusiyada səfərdə olan nazirlərin görüşü baş tutub.

 

İkitərəfli münasibətlər və digər məsələlər müzakirə mövzusu olub.

Bu xəbər ilə bağlı
4 ölkənin XİN başçısı Moskvada görüşür - YENİLƏNİB
Xəbəri oxu
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi