"Prezident Heydər Əliyevin köməkçisi, Prezident Katibliyinin müdiri vəzifələrində altı il işləmək mənim üçün yüksək siyasətin böyük təcrübəsi oldu. Heydər Əliyev Azərbaycanı parçalanmaqdan xilas etdi, vətəndaş müharibəsinə son qoydu, sabitliyi və davamlı hökuməti bərpa etdi, Ermənistan-Azərbaycan münaqişəsində atəşkəsə nail oldu, dünyanın aparıcı neft şirkətləri ilə “Əsrin müqaviləsi”ni bağladı və müasir inkişaf üçün möhkəm zəmin yaratdı".
Modern.az xəbər verir ki, bunu hazırda siyasi şərhçi kimi fəaliyyət göstərən Eldar Namazov tviter səhifəsində yazıb.
"Bu gün biz xatirəsi təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da ehtiramla anılan Böyük siyasətçinin anadan olmasının 100 illiyini qeyd edirik!", - paylaşımda bildirilib.
EN: Six years of working with President Heydar Aliyev as an assistant, head of the Presidential secretariat, have been a great experience of mature politics for me. Heydar Aliyev saved Azerbaijan from disintegration, stopped the civil war, restored stability and sustainable… pic.twitter.com/NBRXobrxZz
— Eldar Namazov (@E_Namazov_AZ) May 10, 2023