Bir qrup Qarabağ ermənisi Ermənistan hökuməti yaxınlığında etiraz aksiyası keçirib.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, aksiya iştirakçıları hakimiyyətin yürütdüyü siyasətə etiraz ediblər.
Qeyd olunub ki, daha sonra etiraz aksiyası BMT-nin İrəvandakı daimi nümayəndəliyinin ofisi qarşısında davam etdiriləcək.
Aksiya zamanı saxlanılanlar barədə məlumat yoxdur.
?? Ermənistanda etiraz aksiyası pic.twitter.com/Wnt9gYHUS4
— MODERN.AZ (@modernaz_) May 10, 2023