Modern.az

Cüdoçumuz dünya çempionatında uğursuz çıxış etdi

Cüdoçumuz dünya çempionatında uğursuz çıxış etdi

10 May 2023, 13:50

Azərbaycanın daha bir cüdoçusu Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında medalsız qalıb.

 

Modern.az-ın məlumatına görə, 81 kq çəki dərəcəsində çıxış edən Səid Mollayi uğursuzluğa düçar olub.

 

31 yaşlı idmançı 1/16 final mərhələsində kanadalı Fransua Qotyer Drapauya uduzaraq, mübarizəni dayandırıb.

 

Qeyd edək ki, daha əvvəl kişilərdə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Hidayət Heydərov (73 kq), qadınlarda Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Əliyeva (hər ikisi 52 kq) turniri medalsız başa vurublar. Dünya çempionatı mayın 14-də başa çatacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir