Modern.az

Qəzzadan İsrailə raket zərbələri endirildi

Qəzzadan İsrailə raket zərbələri endirildi

10 May 2023, 15:18

Qəzza zolağından İsrailə aviazərbələr endirilib.

 

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, İsrailin Aşkelon, Aşdod, Sderot və Qəzzaya bitişik bəzi yaşayış məntəqələrində həyəcan siqnalı verilib, paytaxt Tel-Əvivdə sirenalar işə düşüb.

 

Zərbələr İsrailin başlatdığı “Qalxan və ox” hərbi əməliyyatından sonra endirilib. Mayın 9-na keçən gecə Qəzza zolağına endirilən aviazərbələr nəticəsində mayın əvvəllərində İsrail ərazisini atəşə tutan Əl-Qüds Briqadalarının üç lideri məhv edilib.

 

Bu gün də İsrail Qəzza zolağında "İslami Cihad" qruplaşmasının hədəflərinə zərbələr endirməkdə davam edib. Ordunun məlumatına görə, qruplaşmanın raket buraxılış qurğusu hədəfə alınıb. Ölən və yaralananlar barədə xəbərlər var.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi