Modern.az

Azərbaycanlı futbolçu Almaniyada klubunu dəyişdi

Azərbaycanlı futbolçu Almaniyada klubunu dəyişdi

10 May 2023, 17:34

“Şalke-2” klubunda çıxış edən Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşov Almaniyada klubunu dəyişib.

 

Modern.az xəbər verir ki, hücumçu Berlinin “Dinamo” komandasına keçib. Məlumatı klubun rəsmi saytı yayıb. Onunla imzalanan müqavilənin detalları açıqlanmayıb.

 

Qeyd edək ki, "Dinamo" Almaniyanın Şimal-Şərq Regional Liqasında mübarizə aparır.

 

Onu da bildirək ki, R.Dadaşov 2017-2018 mövsümündə də "Dinamo"da çıxış edib və 29 oyuna 29 qolla komandanın bombardiri olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi