Gürcüstan Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi planlaşdırmır.
Modern.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında bildirib.
"Əhalimizin milli maraqlarına əsaslanaraq Rusiyaya qarşı ikitərəfli sanksiyalar tətbiq etmək fikrində deyilik. Məqsədimiz münasibətlərin kəskinləşməsinin qarşısını almaqdır", - Papuaşvili deyib.
“Gürcüstan hələ də Rusiya ilə mümkün hərbi münaqişə riski altındadır”, - spiker əlavə edib.