Rusiya Prezidenti Vladimir Putin ehtiyatda olan hərbi qulluqçularla bağlı fərman imzalayıb.
Modern.az xəbər verir ki, fərmana əsasən, Rusiyada ehtiyatda olan hərbçilər təlimlərə cəlb olunacaq.
Rəsmi məlumatda qeyd olunub ki, Silahlı Qüvvələrin ehtiyatında olan Rusiya Federasiyası vətəndaşlarının toplantıları ehtiyatda olan hərbçilərin döyüş bacarıqlarını artırmaq üçün planlaşdırılan tədbirdir və hər il keçirilir.
"Dövlət başçısının fərmanı əsasında Müdafiə Nazirliyinin Səfərbərlik İdarəsi müvafiq əmr hazırlayır və rayonların hərbi komissarlıqlarına göndərilir. Yalnız bundan sonra ehtiyatda olan vətəndaşlara çağırış vərəqələrinin göndərilməsinə başlanılır", - açıqlamada deyilir.