Co Bayden ABŞ-ın vitse-prezidenti olarkən onun ailəsi Çindən milyonlarla dollar vəsait alıb.
Modern.az xəbər verir ki, bu iddia ilə ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarəti və Hesabatlılıq Şurasının sədri Ceyms Komer (Kentukki ştatı) çıxış edib.
Onun sözlərinə görə, Bayden 2020-ci il seçkilərindən əvvəl ailəsinin Çindən pul almadığını iddia etdi.
"O, bu barədə yalan deyib. İndi də Amerika xalqına yalan danışmağa davam edir. Baydenlər milyonlarla pul aldılar. Prezidentin bundan xəbərsiz olduğunu təsəvvür etmək olar", - Komer deyib.
Nümayəndələr Palatasının komitə sədri Bayden ailəsinin xaricdən külli miqdarda vəsait alan firmalarla əlaqələrinin müəyyən edildiyini də açıqlayıb.
"Komitə Baydenlərin, onlarla əlaqəli olanların varlanmaq üçün istifadə etdiyi 20-dən çox şirkətin mürəkkəb və şübhəli şəbəkəsindən narahatdır. Bu firmaların əksəriyyəti Co Baydenin vitse-prezident olduğu dövrdə yaradılmış məhdud məsuliyyətli şirkətlər idi. Bank qeydləri göstərir ki, Bayden ailəsi, əlaqəli şəxslərdən və şirkətlərdən 10 milyon dollardan çox pul alıblar”, - deyə Komer bildirib.