Modern.az

Türkiyədə yeni etiraz dalğası- həbs edilənlər var

Türkiyədə yeni etiraz dalğası- həbs edilənlər var

30 İyun 2013, 10:27

Türkiyədə yenidən kütləvi etirazlar baş qaldırıb. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, bir neçə gün öncə Diyarbəkidə baş verən qanlı hadisələrə etiraz olaraq narazı kütlə Taksim meydanına doğru yürüş edib. 10 minlələ insanın iştirak etdiyi aksiyanın qarşısını almaq üçün polis dəfələrlə xəbərdarlıq edib. Polisin tələbinə əməl etməyən aksiya iştirakçılarına qarşı su şırnağı və göz yaşardıcı qazdan istifadə olunub. Taksim aksiyası zamanı ötən gün xeyli sayda insanın tutulduğu bildirilir.

Analogi aksiyalar paytaxt Ankarada da davam etdirilib. Ankarada Qızılay meydanında da qarşıdurma yaranıb. Türkiyənin digər bölgələrində keçirilən aksiyala isə insidentsiz başa çatıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...