Qəzza zolağından İsrailə bir gündə 400-dən çox raket atılıb.
Modern.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant bildirib.
“Son gün ərzində İsrail istiqamətində 400-ə yaxın raket atılıb, onların əksəriyyəti ya Qəzza zolağının ərazisinə düşüb, ya da açıq ərazilərdə partlayıb. Təəssüf ki, yaşayış binalarına bir neçə zərbə qeydə alınıb", - o deyib.
Xatırladaq ki, İsrail mayın 9-dan Qəzza zolağında “Qalxan və ox” hərbi əməliyyatı keçirir.