Modern.az

Konfrans Liqasında yarımfinalın ilk oyunları 

Konfrans Liqasında yarımfinalın ilk oyunları 

11 May 2023, 08:18

Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.

 

Modern.az xəbər verir ki, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

 

Bel' ki? "Fiorentina" klubu İtaliyada "Bazel"i qəbul edəcək. Digər oyunda isə Niderlandın "AZ Alkmaar" klubu İngiltərədə "Vest Hem"in qonağı olacaq.

 

23:00. "Fiorentina" (İtaliya) - "Bazel" (İsveçrə)

Baş hakim: Fransua Leteksye (Fransa)

Florensiya, "Artemio Franki" stadionu

 

23:00. "Vest Hem" (İngiltərə) - "AZ Alkmaar" (Niderland)

Baş hakim: Halil Umut Meler (Türkiyə)

London, "London" stadionu

 

Qeyd edək ki, komandalar arasında cavab oyunları mayın 18-də baş tutacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?