Modern.az

Daha iki cüdoçumuz mübarizəyə başlayır

Daha iki cüdoçumuz mübarizəyə başlayır

11 May 2023, 09:16

Bu gün Azərbaycanın daha iki cüdoçusu Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

 

Modern.az xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev və Murad Fətiyevin ilk görüşləri 1/32 final mərhələsinə təsadüf edəcək.

 

Mehdiyev bu raundda kamerunlu Kevin Budayinlə, Fətiyev isə rumıniyalı Aleks Kretlə üz-üzə gələcək.

 

Qeyd edək ki, daha əvvəl kişilərdə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq), qadınlarda Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Əliyeva (hər ikisi 52 kq) turniri medalsız başa vurublar. Dünya çempionatı mayın 14-də başa çatacaq

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür