Modern.az

Məktəblərdə bütün tapşırıqlar dərsliklərdən olmalıdır - Nazirlik

Məktəblərdə bütün tapşırıqlar dərsliklərdən olmalıdır - Nazirlik

Təhsil

11 May 2023, 10:22

Məktəblərdə şagirdlərə təqdim olunan bütün tapşırıqlar dərsliklərdən olmalıdır.

 

Modern.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov deyib.

 

O qeyd edib ki, dərslikdə mövcud olan tapşırıqların elmi, metodiki və pedaqoji açıqlaması var.

 

"Tapşırıqlar dərslikdə yoxdursa, deməli bu, tədris olunmamalıdır. Ümumilikdə, bütün məktəblərdə tədris dərsliklər üzərindən gedir. Dərsliklər də dövlət təhsil standartlarına uyğun hazırlanır”, - Nazirlik rəsmisi bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır