Pakistanın mayın 9-da həbs olunmuş sabiq baş naziri İmran Xanın tərəfdarları hazırkı baş nazir Şahbaz Şərifin iqamətgahına hücum ediblər.
Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hücum Şərifin paytaxt İslamabaddakı iqamətgahına deyil, Lahordakı iqamətgahına edilib.
Qeyd edək ki, sabiq baş nazir İslamabadda məhkəmə binasında saxlanılaraq nəzarətə götürülüb. Məhkəmənin qərarı ilə sabiq hökumət rəhbəri rüşvətxorluq işinə görə 8 sutka həbs olunub. İmran Xanın dünən keçirilən məhkəməsindən sonra onun tərəfarları ilə polis arasında toqquşma yaşanıb. Yüzlərlə şəxsin həbs edildiyi bildirilir. Gecə saatlarında baş verən toqquşmalarda bir nəfər həlak olub. Çoxlu sayda yaralıların olduğu deyilir.
İmran Xan 2022-ci il aprelin 10-da etimadsızliq votumundan sonra hökumət başçısı postundan uzaqlaşdırılmışdı.
?? Pakistanın həbsdə olan keçmiş baş naziri İmran Xanın tərəfdarları hazırkı hökumət başçısının Lahordakı iqamətgahına hücum ediblər. pic.twitter.com/uO9kAuAOCU
— MODERN.AZ (@modernaz_) May 11, 2023