Modern.az

Malayziya orbitdəki yerini Azərbaycana verir

Malayziya orbitdəki yerini Azərbaycana verir

11 May 2023, 12:06

Azərbaycan orbitdə 46-cı dərəcə meridianda yerəşir. Malayziya hökuməti 90-cı illərdə, yəni bizdən əvvəl meridianla bağlı ərizə verib. Həmin meridianı Azərbaycan Malayziya ilə bölüşür.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Azərkosmos (Azərbaycan Respublikasının Kosmik Agentliyi) İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib.

 

“Əlverişli əməkdaşlığımız nəticəsində Malayziya bu resursu Azərbaycana vermək qərarına gəlib. İlin sonuna qədər prosesi sonlandıracağıq. 46-cı dərəcə tam Azərbaycanın mövqeyi olacaq. Bundan sonra biz istəsək, 4,6 peyk buraxa biləcəyik”,- deyə qurum rəhbəri vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir