Modern.az

Övladlarımın təhsilindən tam razı deyiləm - Fərid Qayıbov (VİDEO)

Övladlarımın təhsilindən tam razı deyiləm - Fərid Qayıbov (VİDEO)

11 May 2023, 16:25

Gənclər və idman naziri Fərid Qayıbov “Təhsil TV”də yayımlanan “İmtahan” verilişinin qonağı olub.

 

Modern.az xəbər verir ki, nazir şagirdlərin ona ünvanladığı sualları cavablandırıb.

 

O, “Həyat hansı idman növünə bənzəyir?” sualına cavabında deyib ki, həyat futbola bənzəyir.

 

"Çünki bu idman növünün içində hər şey var – dram, sevgi... Ona görə də həyatı ona bənzətmək olar. Özüm də futbol azarkeşiyəm. Bizdə bu idman növü zəifdir. Klub səviyyəsində uğurumuz olsa da, milli komanda səviyyəsində belə deyil. Bunun bir çox səbəbi var və bu səbəblərin aradan qaldırılması üçün işlər görülməlidir”, - Fərid Qayıbov vurğulayıb.

 

Nazir həyatda səhvlərinin olduğunu bildirib: "Amma onlardan heç zaman qorxmamışam. Şagirdlərə də səhv etməkdən qorxmamalı olduqlarını demək istəyirəm”.

 

F.Qayıbov “Övladlarınızın təhsilindən tam razısınız?” sualını isə belə cavab verib: “Övladlarımın təhsilindən tam razı deyiləm. Valideynlərin əksəriyyəti övladlarının təhsilindən tam razı olmur. Övladlarım bəzən idmançı olmaq istəyirlər, bəzən başqa peşəni seçmək istəyirlər. Amma mən istəyərdim ki, seçimi onlar özləri etsin”.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir