Modern.az

Yaponiya səfiri Füzulidə olub

Yaponiya səfiri Füzulidə olub

Qarabağ

11 May 2023, 23:15

Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi Füzuli rayonunun 1-ci Qayıdış qəsəbəsində yerləşən 4 saylı orta məktəbdə olub, “Fuji Optical Co.Ltd.” şirkətinin Azərbaycandakı 16-cı humanitar missiyasının heyətilə, həmçinin gördüyü işlərlə yaxından tanış olub.

 

Modern.az xəbər verir ki, bu barədə Yaponiyanın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

 

“Fuji Optical Co. Ltd.” şirkəti 2005-ci ildən başlayaraq Azərbaycanın bir sıra rayonlarında məskunlaşmış məcburi köçkün və qaçqınların göz müayinəsini və eynək paylaşımı üzrə humanitar missiyanı icra edir. Bu il şirkət tərəfindən 6 nəfər optometrist mütəxəssis təyin olunmuş, dr.Akio Kanai və onun müavini dr. Hiromasa Kanai heyətə rəhbərlik edir. 2005-ci ildən bu vaxta kimi şirkət tərəfindən Azərbaycana 70 min eynək ianə edilib.

 

“Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi olaraq Yaponiyanın fərdi şirkəti olan “Fuji Optical Co. Ltd” şirkətinin Yaponiya-Azərbaycan dostluq əlaqələrinə humanitar layihələr ilə töhfə verərək fəaliyyətini davam etdirməsini yüksək qiymətləndirir, dərin minnətdarlığımızı bildiririk”, - səfirlikdən bildirilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI