Modern.az

Vüsalə Hüseynli: “Biz güclü Azərbaycanı İlham Əliyevlə görürük”

Vüsalə Hüseynli: “Biz güclü Azərbaycanı İlham Əliyevlə görürük”

Təhsil

1 İyul 2013, 12:32

“Azərbaycan gənclərinin inamla İlham Əliyevi dəstəkləməsinin səbəbi Prezidentin daim gənclərin yanında olmasıdır”.
Bu sözləri Demokratik İslahatçı Gənclər İctimai Birliyinin sədri Vüsalə Hüseynli bildirib. QHT rəhbəri qeyd edib ki, bu gün gənclər üçün yaradılmış şəraitin nəticəsidir ki, Azərbaycan gəncləri beynəlxalq tədbirlərə ev sahibliyi edə bilir. Heç bir gəncin ideyası ürəyində qalmır, reallaşır.

"Bizlər bu imkanı ölkə prezidentinin diqqəti və qayğısı sayəsində əldə etmişik. Bu gün Avropanın özündə  dövlət başçısı ölkənin aparıcı gəncləri ilə görüş üçün vaxt ayırmır, o ki qala müzakirə etsin. Bizdə isə əksinə istər ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə, istərsə, prezident İlham Əliyev dəfələrlə gənclərlə görüşüb. Bizim prezidentimizin diqqəti gəncləri əhatə edən bütün sahələrdə - təhsil, mədəniyyət, idman, gənclər təşkilatları və s.  də özünü göstərir. Cənab Prezident Azərbaycan gəncliyinin inkişafını prioritet məsələ kimi həmişə ön planda saxlayır. Gənclərlə bağlı qəbul edilən dövlət proqram və qanunları buna əyani sübutdur. Azərbaycan gənci öz üzərində diqqət və qayğını hiss edir və bu gün də tam inamla İlham Əliyevi dəstəkləyir. Gənclik Prezidenti dəstəkləməklə sabit inkişafı, gələcək güclü Azərbaycanı dəstəkləyir, sabahkı təminatını təmin edir. Bu səbəbdən 2013-cü il seçkilərində də Azərbaycan gənclərinin seçimi birmənalı olaraq İlham Əliyev olacaq. Biz güclü Azərbaycanı İlham Əliyevlə görürük”.

Aytən Əliyeva

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...