Modern.az

4 ayda Avropaya 4 milyard kubmetr qaz ixrac edilib 

4 ayda Avropaya 4 milyard kubmetr qaz ixrac edilib 

İqtisadiyyat

12 May 2023, 10:11

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın təbii qaz ixracının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 % çox - 8,4 milyard kubmetr təşkil edib ki, bunun da 3,9 milyard kubmetri Avropaya, 3,4 milyard kubmetri Türkiyəyə, 1,1 milyard kubmetri isə Gürcüstana ixrac olunub.

 

Modern.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov özünün "Twitter" hesabında bildirib.

 

Onun sözlərinə görə, 4 ay ərzində Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Türkiyəni 1,9 milyard kubmetr "mavi yanacaq"la təchiz edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...