Modern.az

Çinli diplomat 5 ölkədə Ukraynanı müzakirə edəcək

Çinli diplomat 5 ölkədə Ukraynanı müzakirə edəcək

12 May 2023, 11:25

Çinin xüsusi məsələlər üzrə səfiri Li Hui Ukrayna böhranı ilə bağlı məsləhətləşmələr aparmaq üçün bir sıra ölkələrə səfər edəcək.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, məlumatı Çin Xarici İşlər Nazirliyi yayıb.

 

Bildirilib ki, səfərlər mayın 15-dən start götürəcək.

 

O, Rusiya, Almaniya, Polşa, Ukrayna və Fransaya ardıcıl şəkildə gedərək rəsmilərlə müzakirələr aparacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi