Modern.az

Erməni əsirliyində olan əsgərimizdən xəbər var

Erməni əsirliyində olan əsgərimizdən xəbər var

Təhsil

1 İyul 2013, 13:19

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycan Ordusunun erməni əsirliyində olan əsgərinə baş çəkiblər.

Bu barədə APA-ya BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib. Onun sözlərinə görə, başçəkmə iyunun 28-də olub. Əsirə ailə məlumatları çatdırılıb və ondan ailəsi üçün məlumat alınıb.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 1992-ci il təvəllüdlü Fərəcov Firuz Mirzə oğlu 2012-ci ilin iyulunda qoşunların təmas xəttinin Tovuz rayonu istiqamətində azaraq erməni silahlı bölmələrinə əsir düşüb.


Modern.az
Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...