Modern.az

“Neftçi” Mirabdullaya borcunu ödədi

“Neftçi” Mirabdullaya borcunu ödədi

12 May 2023, 16:19

“Neftçi” klubu keçmiş futbolçusu Mirabdulla Abbasova borcunu ödəyib.

 

Modern.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

 

Oyunçuların Statusu və Transferi Komitəsi 28 yaşlı hücumçunun paytaxt klubuna qarşı işi ilə bağlı tələbinin təmin olunduğunu açıqlayıb.

 

“1 iyun 2021-ci il tarixli Mülki Hüquqi müqaviləyə xitam verilməsi haqqında” 2022-ci il sentyabrın 1-dəki razılaşmaya əsasən, iddiaçının tələb etdiyi 80 000 manat kompensasiya məbləğinin qalan 23 585,5 manatı “Neftçi” tərəfindən ödənilib.

 

Qeyd edək ki, Mirabdulla Abbasov 2022-ci ilin sentyabrında “Səbail”ə keçib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü